Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının rəhbər heyəti Türkiyə Respublikasının Azərbaycandakı Səfiri ilə rəsmi görüş keçirib

23 Yanvar, 2026

Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının rəhbər heyəti Türkiyə Respublikasının Azərbaycandakı Səfiri ilə rəsmi görüş keçirib

Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının (OYU TGT) sədri İnşallah Əhmədov və sədr müavini Aişə Məmmədli Türkiyə Respublikasının Azərbaycandakı səfiri, Prof. Dr. Birol Akgün tərəfindən qəbul edilib.

Odlar Yurdu Universiteti ilə Türkiyənin Düzce Universiteti arasındakı strateji əməkdaşlıq çərçivəsində baş tutan görüşdə iki qardaş ölkə arasında gənclər siyasəti və təhsil sahəsindəki əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Səmimi və konstruktiv mühitdə keçən görüş zamanı gənclər arasında qarşılıqlı inteqrasiyanın gücləndirilməsi, birgə layihələrin icrası və yeni təşəbbüslərin dəstəklənməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərinin gənclər platformasında daha da dərinləşdirilməsinin strateji əhəmiyyəti xüsusi vurğulanıb. Müzakirələrin yekunu olaraq, tərəflər yaxın gələcəkdə birgə irimiqyaslı tədbirin təşkili barədə razılığa gəliblər.

Bu görüş, iki ölkə arasında akademik və ictimai əlaqələrin inkişafına, eləcə də gənclərin beynəlxalq əməkdaşlığa cəlb olunmasına mühüm töhfə kimi qiymətləndirilir.