Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının müəllimi, k.e.ü.f.d., dos. Günel Nəzərovanın “Neft sənayesində korroziya problemləri” mövzusuna həsr olunmuş elmi-metodiki seminarı keçirilmişdir. Seminarda OYU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. Tərlan Abdullayev, keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri Eldar Hüseynov, biologiya və ekologiya kafedrasının müdiri a.e.ü.f.d., dos. Tamilla Kərimova və kafedranın professor-müəllim heyəti iştirak etmişdilər. Sonda seminar mövzusu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.