Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Fireland Startup Bootcamp – Müəllimlər üçün Startup Mentorluğu” proqramı uğurla başa çatıb.
Proqramın əsas məqsədi müəllimlərin akademik bilik və təcrübəsini müasir innovasiya metodologiyaları ilə zənginləşdirmək, onları startup ekosistemində peşəkar mentor kimi formalaşdırmaq və tələbə ideyalarının biznes layihələrinə çevrilməsi prosesində fəal iştirakını təmin etmək olub.
Təlim proqramı çərçivəsində iştirakçılar:
“Fireland Startup Bootcamp – Müəllimlər üçün Startup Mentorluğu” proqramı müəllimlərin innovativ düşüncə tərzinin inkişafına, universitetin innovasiya və sahibkarlıq ekosisteminin gücləndirilməsinə töhfə verib.
Proqram Odlar Yurdu Universitetində innovasiya mədəniyyətinin təşviqi və təhsil ilə biznes arasında körpünün qurulması baxımından mühüm əhəmiyyət daşıyır.