Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev tələbə gənclərin ictimai fəallığı və universitet həyatındakı rolunu yüksək qiymətləndirərək Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının sədri İnşallah Əhmədovu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təqdim olunan “İlin TGT Sədri” mükafatı ilə təltif edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.