Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının iclası keçirilmişdir. İclasda kafedranın müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov və kafedranın professor-müəllim heyəti iştirak etmişdilər. İclasda kafedra müəllimlərinin fərdi iş planları, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti, sentyabr-oktyabr aylarında keçirilmiş açıq dərslər və 1-ci mərhələ aralıq imtahanların təşkili ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.