Bu günlərdə Odlar Yurdu Universitetinin “Psixologiya, pedaqogika və sosial fənlər” kafedrasının iclası keçirilmişdir.
İclasda Odlar Yurdu Universitetinin rektorunun əmrləri kafedra üzvlərinə çatdırılmış, yerinə yetirilməsi vacib olan məsələlər müzakirə edilmişdir. Həmçinin iclasda kafedranın müdiri, professor Rəşid Cabbarov “Müasir dərsə verilən tələblər” mövzusunda çıxış etmişdir. Toplantıda psixoloqlar tərəfindən müxtəlif aspektlər üzrə suallar verilmiş və professor Rəşid Cabbarov tərəfindən cavablandırılmışdır.
İclasda təhsil psixologiyasının aktual problemləri, o cümlədən müasir dərsin təşkilində əks əlaqənin rolu, monoloq dərs sistemindən dialoqa keçid məsələləri müzakirə olunmuş, qeyd edilmişdir ki, bu kimi məsələlərin nəzərə alınması təhsilin inkişafına yardımçı olacaqdır. İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.