İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün Beynəlxalq münasibətlər və Turizm işinin təşkili ixtisasları üzrə istehsalat təcrübəsinə hazırlıq davam edir. Kafedranın müdir müavini Səbinə Əliyeva rəhbərliyində tələbələr aparıcı otellərə, turizm agentliklərinə, eləcə də Xarici İşlər Nazirliyi və Dövlət Turizm Agentliyi kimi dövlət qurumlarına göndərilir.
Təcrübələr tələbələrin nəzəri biliklərini praktikada tətbiq etməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və gələcək karyeraları üçün etibarlı təməl yaratmasına imkan verir.