OYU-da sənaye və nəqliyyat tullantıları müzakirə olundu

13 Fevral, 2026

OYU-da sənaye və nəqliyyat tullantıları müzakirə olundu

Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasında müəllim Süleyman Amit tərəfindən elmi seminar təşkil edilmişdir. Seminar zamanı "Atmosfer çirklənmələri və mühafizə texnologiyaları" mövzusunda məruzə təqdim olunmuşdur.

Məruzədə atmosferin çirklənmə mənbələri, sənaye və nəqliyyat tullantılarının ətraf mühitə və insan sağlamlığına təsiri geniş şəkildə izah edilmişdir. Eyni zamanda atmosferin mühafizəsi istiqamətində tətbiq olunan müasir texnologiyalar, filtrasiya və təmizləmə üsulları haqqında elmi əsaslı məlumatlar verilmişdir.

Təqdimat interaktiv müzakirələrlə müşayiət olunmuş, iştirakçıların sualları cavablandırılmış və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Seminar ekoloji problemlərə elmi yanaşmanın formalaşdırılması və ekoloji maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.