Odlar Yurdu Universitetinin Dillər kafedrasının elmi-metodiki seminarı keçirilib

21 Oktyabr, 2022

Odlar Yurdu Universitetinin Dillər kafedrasının elmi-metodiki seminarı keçirilib
Odlar Yurdu Universitetinin Dillər kafedrasının müəllimi Aynurə Bəkirovanın “Tərcümə, onun növləri və tərtibatı” mövzusuna həsr olunmuş elmi-metodiki seminarı baş tutmuşdur. Seminarda keyfiyyətin təminatı üzrə departamentin rəhbəri dos. E.H. Hüseynov, Dillər kafedrasının müdir müavini, dosent, f.ü.f.d. Səadət Abdurəhmanova və kafedranın professor-müəllim heyəti iştirak etmişdir. Aynurə Bəkirova öz çıxışında tərcümə və onun növləri (yazılı və şifahi tərcümə), onların fərqləri, tərcümə zamanı qarşıya çıxan problemlər və onların həlli yollarının araşdırılması barədə məlumat vermişdir. Çıxışdan sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmışdır. Diskussiyadan sonra keyfiyyətin təminatı departamentinin rəhbəri mövzu ilə bağlı öz fikirlərini və tövsiyələrini bildirdi. Elmi-metodiki seminar iclas iştirakçıları tərəfindən müsbət dəyərləndirilmişdir.