OYU tələbəsi istehsalat təcrübəsini uğurla davam etdirir

19 Fevral, 2026

OYU tələbəsi istehsalat təcrübəsini uğurla davam etdirir

Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının IV kurs tələbəsi Ocaqverdiyeva Mədinə biologiya ixtisası üzrə istehsalat təcrübəsini uğurla davam etdirir.

Tələbə hazırda istehsalat təcrübəsini “Referans Klinika”nın mikrobiologiya şöbəsində keçir. Təcrübə müddətində o, klinik nümunələrin, xüsusilə sidik analizlərinin mikrobioloji müayinəsi prosesində iştirak edir, steril qida mühitlərində mikroorqanizmlərin əkilməsi və kultivasiyası mərhələlərini yerinə yetirir.

Mədinə Ocaqverdiyeva laborator mühitdə aparılan analizlərin müxtəlif mərhələlərində fəal iştirak edir. Bildirilir ki, laboratoriyada bütün prosedurlar müasir standartlara və steril qaydalara uyğun şəkildə icra olunur.

Qeyd edək ki, Odlar Yurdu Universitetində istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, real iş mühitində peşəkar vərdişlər qazanmasına geniş imkan yaradır.