Odlar Yurdu Universitetində görüş keçiriləcək

19 Fevral, 2026

Odlar Yurdu Universitetində görüş keçiriləcək

Hüquqşünas, yazıçı Müşfiq Abbasov Odlar Yurdu Universitetinin qonağı olacaq.

“HƏYATDA BİR YOL VAR – HƏQİQƏTLƏ YAŞAYIB, HAQQI NAHAQQA VERMƏMƏK”

Azərbaycan Respublikası Prokurorluq orqanlarında uzun illər xidmət göstərmiş, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş hüquqşünas, yazıçı Müşfiq Abbasov Odlar Yurdu Universitetində tələbə və müəllimlərlə görüş keçirəcək.

Görüş zamanı qonaq öz peşə fəaliyyəti, hüquq-mühafizə orqanlarında xidmət təcrübəsi, gənclərin hüquqi biliklərinin artırılması və ədalət prinsiplərinin qorunmasının əhəmiyyəti barədə fikirlərini bölüşəcək, iştirakçıların suallarını cavablandıracaq.

Tarix: 23.02.2026
Məkan: Odlar Yurdu Universiteti, 420-ci otaq
Saat: 13.00

Universitetin bütün tələbə və müəllim heyəti görüşə dəvətlidir.