Odlar Yurdu Universitetində elmi-metodik seminarların yaz sessiyası üzrə cədvəl açıqlanıb

20 Fevral, 2026

Odlar Yurdu Universitetində elmi-metodik seminarların yaz sessiyası üzrə cədvəl açıqlanıb

Odlar Yurdu Universitetinin “İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi” kafedrasında 2025–2026-cı tədris ilinin yaz semestri üzrə elmi-metodik seminarların keçirilmə cədvəli təsdiqlənib. 

Bu gün keçirilən seminarın məruzəçisi texnika elmləri namizədi İsmayılov Cəmal İsmayıl oğlu olub. Məruzədə sistemlərin təhlili və məlumatların emalı sahəsində aktual məsələlər müzakirə edilib. Yaz sessiyası çərçivəsində kafedranın müəllim və tədqiqatçı heyəti tərəfindən müxtəlif elmi mövzularda təqdimatlar planlaşdırılır.
 
Qeyd edək ki, seminarların əsas məqsədi elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, müasir informasiya texnologiyaları sahəsində yeniliklərin müzakirəsi və tədris prosesinin keyfiyyətinin artırılmasıdır.