OYU- da Psixologiya, Pedaqogika və Sosial fənnlər kafedrasının növbəti iclası keçirildi
23 Fevral, 2026
Bu gün Odlar Yurdu Universitetində Psixologiya, Pedaqogika və Sosial fənnlər kafedrasının növbəti iclası baş tutdu.
İclasın gündəliyində universitetin yaxın zamanda keçiriləcək konfransı üçün məqalələrin hazırlanması, magistratura pilləsi üzrə təhsil proqramlarının müzakirəsi, tətbiq olunan yeni qiymətləndirmə sisteminin təhlili və digər aktual məsələlər yer aldı.
Müzakirələr zamanı kafedra əməkdaşları son illər yüksək indeksli elmi jurnallarda dərc olunan məqalələrin sayında artımın müşahidə edildiyini qeyd etdilər. Bu, kafedranın elmi fəaliyyətinin və akademik potensialının davamlı inkişafının göstəricisidir.
Eyni zamanda, keçirilmiş dərslər təhlil olundu, müasir tədrisə verilən tələblər və innovativ yanaşmalar geniş şəkildə müzakirə edildi. İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirildi.