Odlar Yurdu Universitetinin Təbiət və texnologiyalar fakültəsinin Biologiya ixtisasının IV kurs tələbələri Hüseynova Nəzrin, Rəhimli Fatimə, Şıxalıyeva Humay və İmamverdiyeva İlahə istehsalat təcrübələrini Güvən Klinikasının İnci laboratoriya şöbəsində davam etdirirlər.
Hüseynova Nəzrin immunoanaliz bölməsində ECLIA texnologiyası ilə işləyən Cobas e 411 analizatoru vasitəsilə hormonal göstəricilər, vitaminlər, onkomarkerlər və infeksion markerlərin təyini, həmçinin kalibrasiya və daxili keyfiyyətə nəzarət (QC) işlərini yerinə yetirir.
Rəhimli Fatimə qan qrupunun təyini və seroloji analizlərin aparılmasında iştirak edir.
Şıxalıyeva Humay qan analizlərini EÇS-də izləyir və mikroskop vasitəsilə leykoformulanı qiymətləndirir. İmamverdiyeva İlahə burun yaxmasında Flu A+B testi apararaq qrip virusunun A və B tiplərini müəyyənləşdirir.
Bütün proseslər beynəlxalq laborator standartlara və steril qaydalara uyğun həyata keçirilir.