Odlar Yurdu Universitetində elmi-metodiki seminar keçirilib

24 Fevral, 2026

Odlar Yurdu Universitetində elmi-metodiki seminar keçirilib

“İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi Sevinc Məmmədova tərəfindən “Qarabağ və Şərqi Zəngəzur regionunda investisiya mühitinin formalaşması” mövzusunda elmi-metodiki seminar təşkil olunub.

Seminarda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, dövlətin investisiya təşviqi siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər geniş təhlil edilib. Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları, infrastruktur layihələri, vergi və gömrük güzəştləri, həmçinin yerli və xarici investorlar üçün formalaşdırılan əlverişli biznes mühiti barədə ətraflı məlumat verilib.

Məruzəçi bildirib ki, regionun zəngin iqtisadi potensialı, strateji coğrafi mövqeyi və dövlət dəstəyi yaxın illərdə bu ərazilərin ölkə iqtisadiyyatında mühüm rol oynamasına imkan yaradacaq.

Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.