Müddət: 25 fevral – 26 mart
Format: İntensiv təlim proqramı + mentorluq + praktiki tapşırıqlar
Fireland Startup Bootcamp tələbələr üçün nəzərdə tutulmuş intensiv inkişaf proqramıdır. Məqsəd iştirakçıların innovativ ideyalarını real biznes modelinə çevirmək, bazara uyğunlaşdırmaq və təqdimat mərhələsinə qədər inkişaf etdirməkdir. Proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklər, həm də praktik bacarıqlar əldə edəcəklər.
Proqramın strukturu
6 əsas təlim sessiyası
Paralel mentorluq görüşləri
Praktiki tapşırıqlar və komanda işi
Real startup komandaları formatında çalışma
Əsas mövzular
Startup ideyasının yaradılması və problem seçimi
Problem–Solution Fit yanaşması
MVP (Minimum Viable Product) hazırlanması
Biznes modelinin formalaşdırılması
Bazar testləri və istifadəçi validasiyası
Pitch deck hazırlanması və təqdimat bacarıqları
Proqramın sonunda iştirakçılar:
Öz startup ideyalarını strukturlaşdırılmış şəkildə formalaşdıracaq
MVP və ilkin bazar testlərini həyata keçirəcək
Peşəkar təqdimat bacarığı qazanacaq
Real komanda mühitində çalışma təcrübəsi əldə edəcək
Demo Day və Mükafatlandırma
Tarix: 16 mart 2026
Bootcamp-in final mərhələsində komandalar öz layihələrini münsiflər heyəti qarşısında təqdim edəcəklər. Ən uğurlu startup komandaları xüsusi mükafatlarla təltif olunacaq.
Kimlər müraciət edə bilər?
Tələbələr
Startup ideyası olan gənclər
Sahibkarlığa maraq göstərən şəxslər
İdeyan varsa, indi başla!
Gələcəyin startupları Fireland Startup Bootcamp-də formalaşır.