Xsolla Baku şirkəti ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumun əsas məqsədi Odlar Yurdu Universitetinin tələbələrinin innovasiya istiqamətində oyun layihələrinin yaradılmasına dəstək göstərmək, bu sahədə bilik və bacarıqlarının inkişafına şərait yaratmaq, eləcə də oyun sənayesi üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verməkdir.
Əməkdaşlıq çərçivəsində tələbələrin oyun layihələrinin hazırlanması, innovativ ideyaların təşviqi, praktiki biliklərin artırılması və müasir texnologiyalar sahəsində təcrübə qazanması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu təşəbbüs universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi və innovativ layihələrin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.