Odlar Yurdu Universitetinin Dillər kafedrasının müəllimi Aybəniz İsmayılovanın “İdrak subyektinin formalaşmasında diskursun rolu” mövzusunda elmi-metodiki seminarı baş tutmuşdur. Seminarda Dillər kafedrasının müdir müavini dos. S.Abdurəhmanova, keyfiyyətin təminatı departamentinin rəhbəri dos. E. Hüseynov və kafedra əməkdaşları iştirak etmişlər. Aybəniz İsmayılova öz çıxışında diskurs haqqında geniş məlumat vermiş və diskursun dilçilik sahəsində yeri, dil və diskurs arasında əlaqə ilə bağlı fikirlərini bildirmişdir. Mövzunu müasir baş verən hadisələrlə əlaqələndirərək, bir sıra nümunələrə çıxışını daha da zənginləşdirmişdir. Çıxışdan sonra iclas iştirakçıları mövzu ətrafında müzakirələrə başlamış və məruzəçiyə bir sıra suallar verilmişdir. Sonda keyfiyyətin təminatı departamentinin rəhbəri dos. E. Hüseynov mövzunun aktual və maraqlı olduğunu vurğulayaraq məruzəçiyə uğurlar arzu etmişdir. Mövzu və çıxış iclas iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.