Rauf Denktaş Universiteti ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

11 Mart, 2026

Rauf Denktaş Universiteti ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

Rauf Denktaş Universiteti ilə Odlar Yurdu Universiteti arasında akademik və institusional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə rəsmi görüş keçirilib. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında strateji əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.

Görüşdə Odlar Yurdu Universitetini OYU-nun rektoru, professor Əhməd Vəliyev, OYU İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev, Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov, həmçinin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov təmsil ediblər.

Rauf Denktaş Universiteti tərəfindən isə görüşdə Ümumi işlər üzrə katib Şahin Sancaktar və Beynəlxalq əlaqələr üzrə direktor Erol Ragıp Güven iştirak ediblər.

Eyni zamanda görüşdə BMZ Colleges MMC-nin Beynəlxalq əlaqələr və marketinq üzrə direktor müavini, Ph.D. Müqəddəs Abbasov, həmçinin BMZ Colleges MMC-nin Korporativ satış şöbəsinin direktor müavini Özcan Səfərli də iştirak ediblər.

Görüş çərçivəsində tərəflər arasında aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub:

  • Beynəlxalq tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi

  • Professor-müəllim heyətinin qarşılıqlı akademik mübadiləsi

  • Birgə beynəlxalq seminar və simpoziumların təşkili

  • Elmi və akademik sahədə institusional əməkdaşlığın genişləndirilməsi

Nümayəndələr qeyd olunan əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat təqdim edərək, bu sahələrdə mümkün birgə fəaliyyət perspektivlərini Odlar Yurdu Universitetinin nümayəndə heyəti ilə bölüşüblər.

Görüş zamanı iki universitet arasında ikili diplom proqramlarının yaradılması, birgə qrant layihələrinə müraciət, xüsusilə mühəndislik, kompüter mühəndisliyi və iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları, eləcə də müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Tərəflər görüşün nəticəsi olaraq iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində qarşılıqlı maraqlarını ifadə ediblər.