OYU nümayəndələri DİM mövzusunda keçirilən dəyirmi masada iştirak ediblər

12 Mart, 2026

OYU nümayəndələri DİM mövzusunda keçirilən dəyirmi masada iştirak ediblər

Azərbaycan Texniki Universitetində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbirdə Odlar Yurdu Universitetinin nümayəndələri də iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Dəyirmi masada Odlar Yurdu Universitetini Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad MəmmədovStrateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə təmsil ediblər.

Tədbir çərçivəsində universitetlərdə Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, bu istiqamətdə həyata keçirilən təşəbbüslər və ali təhsil müəssisələrinin qlobal inkişaf gündəliyinə töhfəsi kimi məsələlər müzakirə olunub. Görüş zamanı həmçinin tələbələrlə fikir mübadiləsi aparılıb və onların bu sahədə baxışları dinlənilib.

Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov tədbir barədə fikirlərini bölüşərək bildirib:

“Azərbaycan Texniki Universitetində keçirilmiş Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı dəyirmi masa çərçivəsində universitetin bir qrup tələbəsi ilə görüşümüz oldu. Dəvətə və məzmunlu fikir mübadiləsinin aparılması üçün yaradılmış şəraitə görə tədbirin təşkilatçılarına təşəkkür edirəm.”

Tədbir ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində birgə təşəbbüslərin müzakirəsi və tələbələrin bu proseslərə cəlb olunması baxımından əhəmiyyətli platforma olub.