OYU-da “Smartfonlardan həddindən artıq istifadə və sosial şəbəkələrə bağlılıq” mövzusunda debat keçirilib

13 Mart, 2026

OYU-da “Smartfonlardan həddindən artıq istifadə və sosial şəbəkələrə bağlılıq” mövzusunda debat keçirilib

Odlar Yurdu Universitetində tələbələrin iştirakı ilə “Smartfonlardan həddindən artıq istifadə və sosial şəbəkələrə bağlılıq” mövzusunda debat-müzakirə təşkil olunub. Tədbir tələbələr arasında fikir mübadiləsinin aparılması və aktual sosial məsələlər ətrafında müzakirələrin genişləndirilməsi məqsədi daşıyıb.

Debat zamanı iştirakçılar smartfonlardan həddindən artıq istifadə və sosial şəbəkələrə bağlılığın gənclərin gündəlik həyatına, təhsil prosesinə və sosial münasibətlərə təsiri barədə fikirlərini bölüşüblər. Müzakirələr çərçivəsində mövzunun həm müsbət, həm də mənfi tərəfləri barədə müxtəlif yanaşmalar səsləndirilib.

Tədbirdə çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin Debat komandasının rəhbəri Fidan Allahverdiyeva rəqəmsal texnologiyaların həyatımızdakı rolundan danışaraq, sosial şəbəkələrdən balanslı və məsuliyyətli istifadənin vacibliyini vurğulayıb.

İnteraktiv formatda təşkil olunan debat tələbələrin fəal iştirakı ilə keçib və mövzu ətrafında maraqlı müzakirələrlə yadda qalıb.