Biologiya və Ekologiya kafedrasının tələbələri istehsalat təcrübələrini uğurla davam etdirirlər

16 Mart, 2026

Biologiya və Ekologiya kafedrasının tələbələri istehsalat təcrübələrini uğurla davam etdirirlər

Biologiya və Ekologiya kafedrasının Biologiya ixtisası üzrə təhsil alan tələbələri istehsalat təcrübələrini müxtəlif nüfuzlu tibb və laboratoriya müəssisələrində uğurla davam etdirirlər.

Tələbələrin istehsalat təcrübəsinə kafedranın baş müəllimi Səfərova Münəvvər rəhbərlik edir və onların praktiki fəaliyyətinin səmərəli təşkili, eləcə də nəzəri biliklərinin praktikada tətbiq olunmasına daim dəstək göstərir.

OYU tələbələri “İnci Laboratoriyaları” MMC, “Azelab” MMC, Pirallahı Tibb Mərkəzi PHŞ, “Stimul S Hospital” MMC, Elit Central Hospital, Cərrahpaşa Medical Center, Baku Medical Plaza, Medipoint klinikası, Referans Klinik Laboratoriya Mərkəzi Poliklinik, “Mərcan klinikası” və “RM Medicare Klinika” MMC, həmçinin "Üzümçülük və Şərabçılıq” Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi kimi ixtisaslaşmış müəssisələrdə istehsalat təcrübəsi keçərək praktik bilik və bacarıqlarını daha da inkişaf etdirirlər.

Təcrübə müddətində tələbələr müxtəlif laborator analizlərin aparılması, bioloji nümunələrin hazırlanması, diaqnostik prosedurların icrası və müasir laborator avadanlıqlardan istifadə qaydaları ilə yaxından tanış olur, real iş mühitində peşəkar təcrübə qazanırlar. Bu proses onların nəzəri biliklərinin möhkəmlənməsinə və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.

Hər bir tələbəmizə gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!