Odlar Yurdu Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

17 Mart, 2026

Odlar Yurdu Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Odlar Yurdu Universitetində Novruz bayramı münasibətilə “Çiçəklənir Vətənim” adlı tədbir proqramı təşkil olunub.

Universitetin həyətində keçirilən tədbir aparıcıların açılış nitqi ilə başlayıb. Daha sonra Odlar Yurdu Universitetinin rəqs kollektivinin ifasında təqdim olunan açılış rəqsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində universitet kollektivinə bayram təbrikləri çatdırılıb, həmçinin Novruz bayramına həsr olunmuş müsabiqələrin qalibləri təltif edilib. Bu münasibətlə Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev çıxış edərək bayram təbriklərini çatdırıb.

Daha sonra bayram tonqalı yandırılıb və tədbir konsert proqramı ilə davam etdirilib.

Novruzun milli-mənəvi dəyərlərimizi əks etdirən əsas bayramlardan biri olduğunu vurğulayan tədbir iştirakçıları xoş ovqat və yüksək əhval-ruhiyyə ilə bayramı qeyd ediblər.