Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilib

28 Oktyabr, 2022

Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilib

Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının fil.ü.f.d. Nizami Adışirinovun “N.Gəncəvi və Ş.İ.Xətayinin yaradıcılığında folklor motivləri” (“Leyli və Məcnun” və “Dəhnamə” əsasında) mövzusuna həsr olunmuş elmi-metodiki seminarı keçirilmişdir. Seminarda kafedranın müdir müavini dos. O.Musayev və kafedranın professor-müəllim heyəti iştirak etmişdir. Sonda seminar mövzusu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır. Mövzu ilə bağlı prof. R.Kamal geniş şəkildə çıxış etmişdir.