OYU-da Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

01 Aprel, 2026

950
OYU-da Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Odlar Yurdu Universitetində görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi-bədii tədbir keçiriləcək.

Universitetin “Filologiya və humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə şairin zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və milli ədəbi irsdəki rolu geniş şəkildə müzakirə olunacaq.

Tədbir 7 aprel tarixində saat 13:00-da Odlar Yurdu Universitetində keçiriləcək. Qeyd edək ki, tədbir açıq qapı formatında təşkil olunur və ədəbiyyatsevərlər, tələbələr və maraqlanan hər kəs iştirak edə bilər.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti

Tel: (+994 55) 465 85 27