Odlar Yurdu Universitetinin müəllimlərinin həmmüəllifliyi ilə yeni dərs vəsaiti nəşr olunub

06 Aprel, 2026

330
Odlar Yurdu Universitetinin müəllimlərinin həmmüəllifliyi ilə yeni dərs vəsaiti nəşr olunub

Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimləri tərəfindən hazırlanmış “Biznes strategiyası” adlı dərs vəsaiti nəşr olunub.

Dərs vəsaitinin müəllifləri universitetin professoru Məmməd Musayev, dosentlər Natiq Qarayev və Babək Feyzullayev, həmçinin baş müəllim Nigar İbrahimovadır. Elmi redaktor qismində kafedranın müdiri, professor Elşad Məmmədov çıxış edir.

Nəşr müəssisələrin uzunmüddətli inkişafı üçün strateji idarəetmə yanaşmalarını, biznes mühitinin təhlilini, innovasiya və texnologiya strategiyalarını əhatə edir. Dərs vəsaitində həmçinin rəqabətli mövqeləşmə və bazar analizinə dair mühüm yanaşmalar geniş şəkildə izah olunub.

“Biznes strategiyası” dərs vəsaiti tələbələrin nəzəri biliklərinin artırılması ilə yanaşı, onların praktik bacarıqlarının inkişafına da xidmət edir.

Qeyd edək ki, nəşr ali təhsil müəssisələrinin tələbələri və iqtisadiyyat sahəsində çalışan mütəxəssislər üçün faydalı mənbə kimi nəzərdə tutulub.