Odlar Yurdu Universitetində Biologiya və ekologiya kafedrasının təşkilatçılığı ilə “Epidemik prosesin elementləri: mənbə, yoluxma yolları və mexanizmləri” mövzusunda elmi seminar keçirilib.
Seminar kafedranın müəllimi Süleyman Amit tərəfindən təqdim olunub. Təqdimat zamanı epidemik proses anlayışı, infeksiya mənbələri, yoluxma mexanizmləri və həssas populyasiyanın xüsusiyyətləri geniş şəkildə izah edilib. Seminar çərçivəsində müasir epidemioloji yanaşmalar, infeksiyaların yayılma qanunauyğunluqları və profilaktik tədbirlərin əhəmiyyəti vurğulanıb.
Tədbirdə Biologiya və ekologiya kafedrasının müdiri Ramazan Məmmədov, kafedranın müəllimi Cəmilə Əliyeva və 848-ci qrup tələbələri iştirak ediblər.
Seminar interaktiv müzakirələr şəraitində keçib, tələbələr mövzu ilə bağlı suallar ünvanlayaraq praktiki biliklərini genişləndirmək imkanı əldə ediblər.
Qeyd edək ki, universitetdə keçirilən bu cür elmi seminarlar tələbələrin nəzəri biliklərinin dərinləşdirilməsi, analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi və onların peşəkar hazırlıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.