Odlar Yurdu Universitetinin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunda təşkil olunan vətəndaş qəbulunda iştirak etmişdir.
Qəbul Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev tərəfindən keçirilmişdir. Görüş zamanı vətəndaşların müraciətləri dinlənilmiş, onların problemlərinin operativ şəkildə həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Professor Elşad Məmmədov qəbulun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq qeyd etmişdir ki, vətəndaşların müraciətlərinə həssas yanaşma, qaldırılan məsələlərə operativ reaksiya, eləcə də şəffaf və ədalətli münasibət xüsusilə təqdirəlayiqdir. O, bu kimi görüşlərin dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsində, sosial məsələlərin operativ həllində və ictimai etimadın artırılmasında mühüm rol oynadığını bildirmişdir.