OYU-da “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində infosessiya keçirildi

08 Aprel, 2026

155
OYU-da “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində infosessiya keçirildi

Bu gün Odlar Yurdu Universitetində Startap və İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “TUSİ” inkubasiya proqramı üzrə infosessiya keçirildi.

Universitetin akt zalında baş tutan tədbirdə tələbələrə inkubasiya proqramının məqsədi, iştirak imkanları, eləcə də təqdim olunan dəstək mexanizmləri barədə ətraflı məlumat verildi. İnfosessiyanın əsas məqsədi gənclərin innovativ düşüncə tərzinin inkişaf etdirilməsi, startap ekosisteminə cəlb olunması və onların sahibkarlıq bacarıqlarının artırılması olub.

Tədbirdə xüsusilə Biznes, İnformasiya Texnologiyaları və Dizayn ixtisasları üzrə təhsil alan tələbələr fəal iştirak ediblər. İnteraktiv formada keçirilən görüş zamanı iştirakçıların sualları cavablandırılıb, onlara proqram çərçivəsində təqdim olunan imkanlar izah edilib.

Odlar Yurdu Universiteti tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına, onların innovativ ideyalarının reallaşdırılmasına yönəlmiş təşəbbüsləri bundan sonra da davam etdirəcək.


İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti

Tel: (+994 55) 465 85 27