Bu gün Odlar Yurdu Universitetində Filologiya və humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “M. F. Axundzadənin həyatı, yaradıcılığı, elmi-tənqidi və fəlsəfi görüşləri” mövzusunda elmi seminar keçirilmişdir.
Seminar kafedranın baş müəllimi Hüseynova Könül Aydın qızının rəhbərliyi ilə 656 F1 və 656 F2 qruplarında təşkil olunmuşdur. Tədbirin əsas məqsədi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M. F. Axundzadənin zəngin irsinin tələbələr tərəfindən daha dərindən öyrənilməsi, onun elmi-tənqidi və fəlsəfi baxışlarının müasir dövrdə aktuallığının müzakirəsi olmuşdur.
Seminarda Filologiya və humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, qonaq qismində filologiya elmləri doktoru Şahbaz Samıoğlu, fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuridə Muxtarzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məhərrəmova, həmçinin kafedranın müəllim heyəti iştirak etmişdir.
Tədbir çərçivəsində tələbələrin təqdimatları dinlənilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, M. F. Axundzadənin ədəbi və fəlsəfi irsinin Azərbaycan cəmiyyətinin inkişafındakı rolu xüsusi vurğulanmışdır.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və interaktiv müzakirələr şəraitində davam etmişdir.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27