OYU-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş yaradıcılıq festivalının seçim turu keçirildi

09 Aprel, 2026

35
OYU-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş yaradıcılıq festivalının seçim turu keçirildi

Bu gün Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilmişdir.

Odlar Yurdu Universitetində baş tutan seçim turunda OYU tələbələri ilə yanaşı Azərbaycan İdman Akademiyası, Bakı Biznes Universiteti və Bakı Qızlar Universitetinin tələbələri də iştirak edərək öz yaradıcılıq nümunələrini təqdim etmişlər.

Festival çərçivəsində iştirakçıların çıxışları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Münsiflər heyətində aşağıdakı tanınmış incəsənət xadimləri yer almışdır:

Samir Cəfərov – Azərbaycan Respublikasının xalq artisti
Mübariz Tağıyev – Azərbaycan Respublikasının xalq artisti
Gülyanaq Məmmədova – Azərbaycan Respublikasının xalq artisti
Təranə Muradova – Azərbaycan Respublikasının xalq artisti
Rəşad Həşimov – Azərbaycan Respublikasının əməkdar artisti
Baba Vəziroğlu – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
Hafiz Quliyev – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru
Arslan Növrəsli – Qarabağ Universitetinin İncəsənət fakültəsinin kafedra müdiri

Tədbirin keçirilməsində əsas məqsəd tələbələrin bədii yaradıcılıq potensialının üzə çıxarılması, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəsil arasında təşviq olunması olmuşdur.

Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, yüksək təşkilatçılıq səviyyəsi və yaradıcılıq mühiti ilə yadda qalmışdır.

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27