Odlar Yurdu Universitetində Strateji inkişaf və karyera departamentinin təşkilatçılığı ilə “Qanun Nəşriyyatı” tərəfindən təşkil olunan kitab sərgisi fəaliyyətə başlayıb.
9–10 aprel tarixlərini əhatə edən sərgidə müxtəlif janrları əhatə edən zəngin kitab seçimi təqdim olunur. Sərgi çərçivəsində bədii ədəbiyyat, elmi və maarifləndirici nəşrlər, eləcə də fərqli istiqamətlər üzrə kitablar ziyarətçilərin ixtiyarına verilib. Sərgidə tələbələr və kitabsevərlər geniş seçim imkanı əldə edirlər. Tədbirin keçirilməsində əsas məqsəd tələbələrdə mütaliə vərdişlərinin təşviqi, onların dünyagörüşünün genişləndirilməsi və kitaba marağın artırılmasıdır.
Sərginin təşkilində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) könüllüləri də fəal iştirak edərək tədbirin uğurla həyata keçirilməsinə dəstək göstərirlər.
Qeyd edək ki, kitab sərgisi bu gün də davam edəcək və bütün kitabsevərlər üçün açıqdır.