Odlar Yurdu Universiteti-də Elmi-Metodiki Şuranın növbəti iclası 9 aprel 2026-cı il tarixində keçirilmişdir.
İclas Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov tərəfindən aparılmışdır. İclasda gündəlikdə duran bir sıra mühüm məsələlər müzakirə olunmuşdur. Belə ki, “ICSEGT-2026” konfransına məqalələrin hazırlanması ilə bağlı görüləcək işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır. Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov çıxış edərək müzakirə olunan məsələlərə dair öz fikirlərini bölüşmüşdür.
Bununla yanaşı, universitetin 30 illik yubileyi ilə əlaqədar təşkil olunacaq tədbirlər və hazırlıq prosesi müzakirə edilmiş, aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilmişdir. İclasda cari məsələlər çərçivəsində “İnformasiya texnologiyaları və kibertəhlükəsizlik” kafedrasının müəllimləri tərəfindən hazırlanmış “İnformasiya texnologiyaları” (rus dilində) adlı dərs vəsaiti də müzakirə olunmuşdur.
Tədbirdə prorektorlar, dekanlar, kafedra müdirləri və müəllim heyəti iştirak etmiş, gündəlikdə olan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.