Odlar Yurdu Universitetində startap və oyun inkişafı sahəsində görüş keçirildi

10 Aprel, 2026

44
Odlar Yurdu Universitetində startap və oyun inkişafı sahəsində görüş keçirildi

Odlar Yurdu Universiteti-də Startap və İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici görüş keçirilmişdir.

Tədbirdə “Nomadman Studio”nun həmtəsisçisi İlqar Əlirzayev çıxış edərək oyun sənayesi, startap ekosistemi və bu sahədə mövcud imkanlar barədə ətraflı məlumat vermişdir. Eyni zamanda, Odlar Yurdu Universitetində Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü tələbələrə mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat təqdim etmişdir.

Görüş çərçivəsində tələbələr üçün praktiki tövsiyələr səsləndirilmiş, startap ideyalarının inkişaf etdirilməsi və innovativ düşüncənin təşviqi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.