Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Kooperasiya Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi arasında institusional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə təşkil olunmuş görüş uğurla baş tutmuşdur.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, tələbə təşkilatlarının fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunmuşdur. Eyni zamanda, tələbələrin inkişafına yönəlmiş təşəbbüslərin artırılması, birgə layihələrin icrası və təşkilatlararası əlaqələrin daha da gücləndirilməsi istiqamətində ilkin razılaşmalar əldə edilmişdir.
Qeyd olunan görüşün tələbə təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və fəaliyyətlərin daha səmərəli şəkildə təşkil olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Gələcəkdə həyata keçiriləcək birgə fəaliyyətlərin və layihələrin əməkdaşlığın davamlı inkişafına töhfə verəcəyi və tələbələr üçün daha geniş imkanlar yaradacağı gözlənilir.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27