Odlar Yurdu Universitetində “Blokçeyn texnologiyalarının rəqəmsal transformasiyada rolu” mövzusunda elmi seminar keçirilmişdir.Seminar Quliyev Məzahim Məmmədağa oğlu tərəfindən təqdim olunmuş, blokçeyn texnologiyasının inkişaf tarixi, tətbiq sahələri və rəqəmsal transformasiyadakı əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Təqdimat zamanı blokçeyn texnologiyasının mərhələli inkişafı, onun müxtəlif sahələrdə – xüsusilə maliyyə, məlumat təhlükəsizliyi və innovativ sistemlərdə tətbiqi geniş şəkildə izah edilmişdir. Eyni zamanda, bu texnologiyanın gələcək perspektivləri və rəqəmsal iqtisadiyyatda rolu diqqətə çatdırılmışdır.
Seminarda Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov çıxış edərək mövzunun aktuallığını vurğulamış və tələbələrin bu sahəyə marağının artırılmasının vacibliyini qeyd etmişdir.
Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılmış, seminar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.