Odlar Yurdu Universiteti-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Liderin İmzası: Mədəniyyət Zirvəsi” adlı yaradıcılıq və incəsənət müsabiqəsi uğurla həyata keçirilmişdir.
Tədbir Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “CreArt” klubu, Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının “Kitab” və “Art” klubları, həmçinin Üzeyir Hacıbəylinin ev-muzeyi ilə birgə təşkil olunmuşdur. Tədbirin əsas məqsədi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, milli-mənəvi dəyərlərin təbliği və incəsənət sahəsində istedadlı tələbələrin dəstəklənməsi olmuşdur.
Açılış mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan bəhs etmiş, gənclərin bu irsi yaşatmaqda və inkişaf etdirməkdə mühüm rol oynadıqlarını vurğulamışlar. Müsabiqə çərçivəsində müxtəlif nominasiyalar üzrə — bədii qiraət, musiqi, rəqs və digər janrlarda tələbələrin çıxışları təqdim olunmuş, iştirakçılar yüksək səviyyəli performansları ilə seçilmişlər. Münsiflər heyəti tərəfindən çıxışlar obyektiv şəkildə qiymətləndirilmişdir.
Tədbirdə müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr iştirak etmiş, bu da layihənin geniş əhatə dairəsini və əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Qeyd edək ki, müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi Dövlət İdarəçilik Akademiyası-də keçiriləcəkdir.
“Liderin İmzası: Mədəniyyət Zirvəsi” müsabiqəsi gənclərin yaradıcılıq platforması kimi böyük maraqla qarşılanmış və gələcəkdə də bu kimi layihələrin davam etdirilməsi planlaşdırılır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27