Odlar Yurdu Universitetinin Strateji Planlaşdırma və Layihələr departamentinin müdiri, dosent Fuad İbadov marketinq üzrə məsləhətçi qismində Asan Radioya dəvət olunmuşdur. Onun iştirakçısı olduğu “Yaxşı ki, dedin” verilişi cəmiyyətdə istifadə olunan qidaların keyfiyyəti, tədarük zənciri və müştəri hüquqları barədə məlumatlandırmağa xidmət edir. Bu faydalı məlumatlar əsasında müştəri istifadə etdiyi qidaların ən sərfəli və sağlam seçimini sərbəst edəcək. Həmçinin, Veysəloğu Şirkətlər Qrupunun təmsilçisi Amil Ağayev də verilişin qonağı olmuşdur. Verilişdə “Müştəri hər zaman haqlıdırmı?” mövzusu ətrafında müzakirələr aparılmış, rəy və tövsiyələr səsləndirilmişdir.