Diqqət! Diqqət!

14 Noyabr, 2022

Diqqət! Diqqət!
Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində ASK təşkilatçılığı ilə 16 noyabr, saat 16.00-da Odlar Yurdu Universitetinin tələbələri ilə görüş keçiriləcəkdir.
Mövzu: " İş yeri axtarma iş yeri yarat", sahibkarların uğur hekayələri müzakirə olunacaq.
Spikerlər:
1. Kəmalə Eynullayeva - OYU məzunu, sahibkar
2. Sakit Səmədov - Logix şirkətinin həmtəsisçisi
Hər il noyabrın üçüncü həftəsi dünyada Qlobal Sahibkarlıq həftəsi kimi qeyd edilir. Azərbaycan Sahibkarlar Konfederasiyası bu həftə çərçivəsində 2022-ci il noyabrın 14-dən 18-dək silsilə tədbirlər həyata keçirir.
Qlobal Sahibkarlıq həftəsi daxilində Odlar Yurdu Univeristetinin tələbələrini Azərbaycan Sahibkarlar Konfederasiyasının “İş yeri axtarma, iş yeri yarat” layihəsinin təqdimatında sahibkarlarla səmimi görüşdə iştirak etməyə, əsl sahibkarlarla canlı diskussiyalar aparmağa dəvət edirik.