Odlar Yurdu Universitetində növbəti iclas keçirilmişdir

14 Noyabr, 2022

Odlar Yurdu Universitetində növbəti iclas keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi-metodiki və Təhsil Şuralarının birgə təşkilatçılığı ilə növbəti iclas baş tutmuşdur. İclası universitetin Beynəlxalq əlaqələr və keyfiyyətin təminatı üzrə prorektoru, professor Fəxrəddin Məmmədov giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə duran məsələ ilə tanış etmişdir. İclas universitetdə təşkil ediləcək akkreditasiyaya hazırlıq prosesinə həsr edilmişdir. Daha sonra isə, professor Fəxrəddin Məmmədov mövzu ilə bağlı məruzə edərək iclas iştirakçılarının suallarını cavablandırmışdır.
Sonra isə, çıxış üçün söz digər məruzəçilərə verilmişdir. Universitetin Strateji Planlaşdırma və Layihələr departamentinin müdiri, dosent Fuad İbadov, Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, professor Rəşid Cabbarov tərəfindən mövzu ilə bağlı zəngin slaydlarla müşayiət olunan geniş və əhatəli məruzələr edilmiş, verilən suallar cavablandırılmışdır.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev iclasın gündəliyində duran məsələyə həsr olunmuş məruzələri dinləmiş, daha sonra öz rəy və təkliflərini bildirmişdir. İclasda, həmçinin universitetin prorektorları, kafedra və şöbə müdirləri iştirak etmiş və onları maraqlandıran sualları məruzəçilərə ünvanlamışlar. İclas boyunca qoyulan məsələlər ətrafında fəal müzakirələr aparılmışdır.