2022-ci il mayın 4-də Odlar Yurdu Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş doktorant və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransı keçirilmişdir.

04 May, 2022

2022-ci il mayın 4-də Odlar Yurdu Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş doktorant və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransı keçirilmişdir.

2022-ci il mayın 4-də Odlar Yurdu Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş doktorant və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransda universitetin rəhbərliyi, əməkdaşları, tələbələr və qonaqlar iştirak etmişdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanmışdır. Daha sonra konfransı Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev açaraq qonaqları salamlamış, tədbir barədə, onun məqsədi və Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı Universitetdə görülən işlər barədə məlumat vermişdir. Daha sonra çıxışlarını elm və innovasiyalar üzrə prorektor, professor Tərlan Abdullayev və tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dosent Qabil Qafarov davam etmişdilər.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələri arasında inşa-yazı, rəsm, divar qəzeti və bədii qiraət müsabiqəsinin I, II və III yer qaliblərinə, eləcə də Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “breyn - rinq” məntiq və bilik yarışının qaliblərinə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev tərəfindən fəxri fərmanlar təqdim olunub.
Akt zalındakı tətbirdən sonra bölmələr üzrə konfrans davam edildi. Konfrans yekun qərarı qəbul etdi. Yekun qərara əsasən seçilmiş tətqiqatların çap olunması üçün Odlar Yurdu Universitetinin Elm və Pedaqoji xəbərlər jurnalına tövsiyyə edildi.