Odlar Yurdu Universitetində YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

15 Noyabr, 2022

Odlar Yurdu Universitetində YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Odlar Yurdu Universiteti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə OYU-nun rektoru, professor Əhməd Vəliyev, müşahidə şurasının sədri, h.e.d., professor Samir Vəliyev, prorektorlar, müəllim və tələbə heyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş video-çarx tədbir iştirakçılarına təqdim olunmuşdur.
Tədbirdə giriş sözü ilə çıxış edən professor Samir Vəliyev bildirib ki, Cənubi Qafqazın ən böyük aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətimizin bütün təbəqələrini ətrafında sıx birləşdirən ümumxalq partiyasıdır və ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. S. Vəliyev Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atdığını qeyd edib.
OYU-nun tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov və digərləri çıxış edərək, bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb. Qeyd olunub ki, Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Tədbir bədii kompozisiya ilə davam etmişdir.