OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda keçirilən konfransda iştirak edib

21 Noyabr, 2022

OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov  “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda keçirilən konfransda iştirak edib
Cənab Prezident İlham Əliyev tərəfindən "Ictimai nəzarətin inkişafı və vacibliyi" ilə bağlı mütəmadi çağırışlar olub. Tədbirdə bir çox qurumların nümayəndələri iştirak edərək, ictimai iştirakçılıqda yaxşı nümunələrin inkişaf etdirilməsinə və resursların artırılmasına ehtiyac olduğunu, çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin görüldüyünü və bu istiqamətdə öz təklif və tövsiyyələrini səsləndiriblər.
Tədbirdə Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov də iştirak edərək ictimai iştirakçılığın rolundan və təmsil etdiyi qurumda ictimai iştirakçılığın təmin edilməsi üçün görülən işlərdən danışıb.
Tədbirin sonunda təltif etmə mərasimi keçirilib.
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov “İctimai iştirakçılığın təmin edilməsində aktiv fəaliyyətə görə”İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olunub. Sözügedən tədbirdən olan görüntüləri təqdim edirik: