OYU-nun rektoru, professor Əhməd Vəliyev Özbəkistanın paytaxtı Daşkənddə Heydər Əliyevin memorial kompleksini ziyarət etmişdir

12 Dekabr, 2022

OYU-nun rektoru, professor Əhməd Vəliyev Özbəkistanın paytaxtı Daşkənddə Heydər Əliyevin memorial kompleksini ziyarət etmişdir
28 noyabr 2022-ci ildə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, keyfiyyətin təminatı və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov, elm və innovasiyalar üzrə prorektor, professor Tərlan Abdullayev Özbəkistanın paytaxtı olan Daşkəndin Mirabad bölgəsində inşa edilmiş və Ulu Öndər Heydər Əliyev parkında ucaldılmış Heydər Əliyev memorial kompleksini ziyarət etdilər və memorial kompleksin önünə gül-çiçək dəstəsi qoydular. Tədbirdə professor Əhməd Vəliyev Azərbaycanın ölməz oğlu, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini bir daha xatırlatmış və onun ruhuna dualar edilmişdir.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin adına ucaldılmış memorial kompleksini 2022-ci il iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev birlikdə açmışdılar.