Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Odlar Yurdu Universitetində

10 May, 2022

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Odlar Yurdu Universitetində

2022-ci il mayın 10-da Təhsil Nazirliyinin tabeliyində olan Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Odlar Yurdu Universitetində olublar. Tələbələrlə görüş Odlar Yurdu Universitetinin akt zalında baş tutub. Görüş Təhsil Tələbə Krediti Fondu ilə bağlı məlumat məqsədi daşıyıb. Görüş zamanı Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. Daha sonra Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov fondun fəaliyyəti, imkanları, üstünlükləri barədə danışıb və Tələbə Krediti Fondu haqqında görüş iştirakçılarını məlumatlandırıb.