Odlar Yurdu Universiteti Elmi Şurasının qərarı ilə aparat rəhbəri Heydər Qəmbərova, keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri Eldar Hüseynova professor adı verilmişdir.
Həmçinin rektor köməkçisi Füzuli Həsənova, tədris və metodiki işlər departamentinin rəhbəri İdrak Rəhimova, hüquq departamentinin rəhbəri Elsevər Nəcəfova, filologiya və sosial fənlər kafedrasının müdir müavini Osman Musayevə, iqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimiləri Ramin Bayramova və Aqşin Əliyevə dosent adı verilmişdir.
Bu münasibətlə universitetin bütün kollektivi adından onları ürəkdən təbrik edir və onlara elmi fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!