Brüsseldə “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” mövzusunda keçirilən silsilə seminarların növbəti görüşü baş tutmuşdur

14 Dekabr, 2022

Brüsseldə “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” mövzusunda keçirilən silsilə seminarların növbəti görüşü baş tutmuşdur

Belçika Krallığının paytaxtı Brüsseldə “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu”adlı seminarın Avropa Təhsil və Mədəniyyət icra agentliyində (EACEA) növbəti məhsuldar görüşü baş tutmuşdur. Görüşdə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus” layihələri barəsində geniş məlumat verilmişdir.

Sözügedən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, ölkəmizin on yeddi universitetindən beş nəfər rektor, müxtəlif sahələr üzrə prorektorlar və digər rəhbər şəxslər iştirak etmişlər.
Qeyd edək ki, həminki görüşdə Odlar Yurdu Universitetini Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dosent Qabil Qafarov təmsil etmişdir.