16-17 dekabr 2022-ci il tarixlərində Odlar Yurdu Universiteti,Türkiyə və Özbəkistan universitlərinin və institunun təşkilatçılığı ilə İkinci Beynəlxalq Müasir Elmlər Konqresi keçirilmişdir.
Plenar iclasda çıxıs edən Odlar Yurdu Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, professor Tərlan Abdullayev konfrans iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə etmiş və konfransın əhəmiyyətindən danışmış və iştirakçıları təbrik etmişdir.
Konfransda bir çox xarici ölkələrin çıxışından, həmin ölkələrdən neçə məqalə qəbul olunmasından və konfransın necə mühüm əhəmiyyət kəsb etdiyindən, konfransa göndərilən məqalələrin Google Scholar və ResearchGate-də indeksləşməsi barədə danışılmışdır.
Daha sonra, konfrans proqramına yerli və xarici alimlər, həmçinin, məruzəçilər tərəfindən göndərilən məqalələr və tezislər Azərbaycan, türk və ingilis dilləri üzrə bölmələrdə məruzələr dinlənilmişdir.
İkinci Beynəlxalq Müasir Elmlər Konqresində ümumilikdə 30 ölkə iştirak etmişdir.
Konqres mövzuları: kimya, riyaziyyat, mühəndislik, təbiət elmləri, tibb, baytarlıq və kənd təsərrüfatı elmləri, nəqliyyat, memarlıq, iqtisadiyyat, sosial və humanitar elmlər, mədəniyyət və idman sahələrindən ibarət idi.
Odlar Yurdu Universitetindən konqresdə Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad Ibadov “Bitkiçilikdə damlama suvarılmasından istifadənin iqtisadi səmərəliliyi”, Biologiya və ekologiya kafedrasının müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova “Изучение химического состава, кормового достоинства и питательности листа разноплоидных форм шелковицы”, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Ramin Kazımov “Verilənlər bazasının təkmilləşdirilməsi” adlı məqalələri ilə çıxış etmişdilər.