Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

16 Dekabr, 2022

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi, i.f.d. Nərgiz Xalıqovanın “Müasir şəraitdə aqrar bazarın tənzimlənmə mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda elmi-metodiki seminarı baş tutmuşdur.
Seminarda OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdir müavini, dos. Babək Feyzullayev, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyəti iştirak etmişdir.
Çıxışdan sonra, iclas iştirakçıları mövzu ətrafında müzakirələrə başlamış və məruzəçiyə bir sıra suallar verilmişdir. Mövzunun aktual və maraqlı olduğu vurğulanmışdır. Mövzu və çıxış iclas iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.