Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

26 Dekabr, 2022

Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
OYU-nun İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlünün “İKT-nin müxtəlif sahələrə inteqrasiyası” mövzusunda elmi-metodiki seminarı baş tutmuşdur. Seminarda OYU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, prof. Tərlan Abdullayev, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, dos. R.A.İmamquluyev və kafedranın professor-müəllim heyəti iştirak etmişlər. Rəvanə Göyüşlü öz çıxışında tələbələrin fərdi keyfiyyətləri, potensial və ideyalarının önə çıxarılması, onlarda kommunikasiya bacarıqlarının, problem həll etmə və tənqidi təfəkkürün inkişaf etdirilməsi, təqdimat hazırlamaq və internet resurslarından doğru istifadə edilməsi, müasir metodikanın və rəqəmsal alətlərin daim araşdırılması və dərslərə tətbiqi haqqında geniş məlumat vermişdir. Məruzəçi mövzunu baş verən müasir hadisələrlə əlaqələndirmiş və təqdim elədiyi bir sıra nümunələrlə daha da zənginləşdirmişdir. Çıxışdan sonra, iclas iştirakçıları mövzu ətrafında müzakirələrə başlamış və məruzəçiyə bir sıra suallar ünvanlamışlar. Sonda prof. Tərlan Abdullayev mövzunun aktual və maraqlı olduğunu vurğulayaraq məruzəçiyə uğurlar arzu etmişdir. Mövzu və çıxış iclas iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.